Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qərb Rusiyanın meydanda tam məğlubiyyətinədək Ukraynaya dəstəyini davam etdirməlidir” - İnstitut

“Qərb Rusiyanın meydanda tam məğlubiyyətinədək Ukraynaya dəstəyini davam etdirməlidir” - İnstitut

Tarix: 16 Yanvar 2023 10:02

Partnyorlar və müttəfiqlər dəstək verməyə davam etməlidirlər ki, Ukrayna döyüş meydanında Rusiya qüvvələrini tamamilə məğlub edə bilsin.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu Müharibə Araşdırmaları İnstitutu (MAİ) bildirib.

"Rusiyanın 2023-cü ildəki hücumu uğursuz olsa belə, Qərb uzunmüddətli perspektivdə Kiyevə kömək etməli olacaq, çünki Kreml hələ də uzun müharibəyə hazırlaşır", - analitiklər açıqlayıb.

MAİ hesabatında göstərilib ki, Moskva döyüş meydanında böyük itkilərə və uğursuzluqlara baxmayaraq, maksimalist məqsədlərindən əl çəkməyib.

"Rusiya ordusunun zəifliklərinə baxmayaraq, müharibənin gedişində guya öz sözünü saxlayır və müharibənin ikinci ilinə girdiyi üçün fəal şəkildə böyük əməliyyatlar üçün şərait yaradır", - ekspertlər xəbərdarlıq ediblər.

Məhz buna görə də Müharibə Araşdırmaları İnstitutu vurğulayıb ki, anti-Putin koalisiyasına daxil olan dövlətlər cəld hərəkət etməli və mühüm qərarların qəbulunda gecikməməlidir.


Etiketlər:  Qərb Rusiyanın meydanda məğlubiyyətinədək Ukraynaya dəstəyini davam etdirməlidir İnstitut


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ