Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anasını öldürmə səbəbi dəhşətə gətirir - Bir kağıza görə...

Anasını öldürmə səbəbi dəhşətə gətirir - Bir kağıza görə...

Tarix: 16 Yanvar 2023 16:44

Rusiyada, 18 yaşlı Ufa sakini anasını təmizlik zamanı istifadəçi adları və şifrələri olan vərəqi atdığı üçün öldürdüyünü etiraf edib.

Sonxeber.net bildirir ki, Rusiyanın Başqırdıstan üzrə İstintaq Komitəsinin məlumatına görə, yanvarın 9-da səhər saatlarında anasına qarşı uzun müddət düşmənçilik edən gənc oğlan mətbəx bıçağı ilə münaqişə zəminində qadının boynundan və gövdəsindən çoxsaylı bıçaq zərbələri vurub. Yaralardan ufalının anası yerindəcə dünyasını dəyişib.

"Qətldən sonra təcavüzkar qardaşına mesaj yazıb və nə etdiyini bildirib, polis və təcili yardım çağırıb", - Rusiya Federasiyasının İstintaq Komitəsi bildirib.

Gənc öldürməkdə ittiham olunub. Təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarından gizlənməyib, özünü təqsirli bildiyini bildirib və hadisənin baş verdiyi şəraitdən danışıb.

"Təqsirləndirilən şəxslə bağlı ilkin istintaq hərəkətləri aparılıb və ittiham irəli sürülüb, məhkəmə müstəntiqin vəsatəti ilə həbs qətimkan tədbiri seçib", - Başqırdıstan İstintaq Komitəsi qeyd edib.

İstintaq orqanlarındakı mənbənin məlumatına görə, qətl qadının internet hesablarından öz login və şifrələrini qeydləri olan vərəqi atmasından sonra baş verib.

İrfan Vəliyev


Etiketlər:  Anasını öldürmə səbəbi dəhşətə gətirir kağıza görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ