Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qlobal istiləşmə qarışqalara təsir etməyib

Qlobal istiləşmə qarışqalara təsir etməyib

Tarix: 17 Yanvar 2023 19:04

Qarışqalar temperaturun yüksəlməsinə cavab olaraq davranışlarını dəyişmir və hətta yaxşı alternativ mövcud olduqda belə ənənəvi yaşayış yerlərində qalmaqda davam edirlər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Şimali Karolina Universiteti məlumat yayıb.

Alimlərin sözlərinə görə, qarışqalar ektotermik heyvanlardır - onların bədən temperaturu tənzimlənmir və ətraf mühitdən asılıdır. Bu baxımdan, onların uyğun iqlimi olan ərazidə yaşaması çox vacibdir, çünki əhəmiyyətli temperatur dalğalanmaları koloniyanın ölümünə və ya fəaliyyətinin dayandırmasına səbəb olur.

Bununla belə, qarışqaların iqlim dəyişikliyinə cavab olaraq miqrasiya və ya yaşayış yerlərini dəyişmə ehtimalının nə qədər olduğu bilinmir.

Bu həşəratların daha isti temperaturlara necə reaksiya verə biləcəyini öyrənmək üçün tədqiqatçılar Şimali Karolinada yayılmış beş qarışqa növünü tədqiq ediblər. Məlum olub ki, qarışqalar havaların istiləşməsinə baxmayaraq öz şəxsi zərərlərinə belə olsa, koloniyanın ümumi rifahı naminə yüksək temperaturun yaratdığı rahatsızlığa dözür və yaşayış yerini dəyişmirlər.

Bu baxımdan müəlliflər qarışqaların qlobal istiləşməyə uyğunlaşa bilməyəcəyindən və həddindən artıq istiləşmədən ölənə qədər əlverişsiz zonalarda qalacaqlarından narahatdırlar.


Etiketlər:  Qlobal istiləşmə qarışqalara təsir etməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ