Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2023 19:55
"Həyatımda belə bir dönəm oldu. Gördüm ki, bu həyatda məni heç kim incidə bilməz".
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Ayan Babakiyeva qonaq olduğu "Günün sədası" verilişində deyib.
Sənətçi bildirib ki, zərbəni yaddan deyil, yaxından alıb:
"Yad səni niyə incitsin ki? Amma sevdiyin, dəyər verdiyin, canını uğuruna fəda etdiyin insanlar canını acıdır. O zaman göstərməliyən ki, bundan travma almadım. Yaşayıram, ayaqdayam. Yara qabıq bağlayır. Ona toxunanda isə qanayır".
Qisasçı olmadığını söyləyən Ayan qızı Selenanı nifrət hisslərindən uzaq və xoşbəxt böyütdüyünü dilə gətirib:
"Qisas alan bir insan deyiləm. Belə bir hissim də yoxdur. Qisasım yaşamağımdır, ayaqda qalmağımdır. Çox çətin dönəmlərdən keçdim. Məqsədim xoşbəxt uşaq böyütməkdir. Heç bir tərəfə nifrət hissi ilə böyütmədim.
Övladlar bizdən xahiş etmir ki, bizi dünyaya gətir. Sən onu əgər dünyaya gətirirsənsə, ən azı Vətənə psixologiyası yerində olan bir şəxs gətirməlisən. Bu gün övladım çox xoşbəxtdir".