Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2023 11:30
"35 ildən çoxdur ki, həyat yoldaşım Sakit müəllimlə ailəliyəm. Biz bu illər ərzində cəmi 3 dəfə küsülü olmuşuq. O da Babəkin üstündə olub. Uşaq idi, ya o üstünə qışqıranda mən ondan küsürdüm, mən Babəkin üstünə qışqıranda isə Sakit məndən küsürdü. Ümumiyyətlə haqlı da olsa, haqsız da olsa mən hər zaman yoldaşımın tərəfini tutmuşam. Demək ki, ata deyirsə, düz deyir. Ona hər zaman haqq qazandırıram. Bizə də belə deyiblər, belə öyrədiblər".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aşıq Zülfiyyə İbadova deyib.
"Boşanmaq ən asan yoldur. Gənclər bir-biri ilə dil tapmağa çalışmalıdırlar. Vallah hər şeyin üstündə boşanmaq da olmaz. Dünya malına görə boşanmaq ağılsızlıqdır. Bəzən evlənirlər, qadın kişini o qədər sıxma-boğmaya salır ki. Ondan bahalı zinət əşyaları, xəz geyimləri istəyir. Sən bilmirdin ki, kimə gəlmisən? Vallah o qədər çətinliklər çəkmişik ki. Bəzən köhnə geyimlərimi satıb, yenisini alırdım. Amma bunu mən problem etməmişəm, heç kim bilməyib, danışmayıb. İndikilər olsaydı el-aləmə car çəkmişdilər" deyə aşıq bildirib.
Aşıq "Kurtlar vadisi" serialının Güllü Erhanı ilə dostluq əlaqələrinin olduğunu bildirib.
"Kurtlar vadisi" serialının Güllü Erhanı, aktyor Erhan Ufakla dostluq əlaqələrimiz yaranıb. Restoranıma 5-6 dostu ilə yemək yeməyə gəlmişdilər. Orada dedilər ki, bu Güllü obrazı ilə tanınan aktyordur. Sözün düzü ilk dəfə onu görəndə tanımadım. Çünki onu seriala çəkiləndə görmüşəm, o vaxt kök idi, indi isə arıqlayıb. Çox səmimi, sadə bir insandır. Həyat yoldaşı ilə də tanışam. Bir neçə dəfə qonağımız oldular, artıq dostlaşmışıq. Məkanımıza tez-tez gəlib-gedirlər, deyirlər ki, çox şirin məkanınız var. Onu da əlavə edim ki, mənim Qara Tovuzlu adında bir tələbəm var. Erhan Ufak onu bir filmə çəkir" deyə aşıq bildirib.