Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Osmanın Malhun xatunu kimin ərini əlindən aldı? - Maraqlı faktlar

Osmanın Malhun xatunu kimin ərini əlindən aldı? - Maraqlı faktlar

Tarix: 19 Yanvar 2023 19:25

"Kuruluş Osman" serialında Malhun xatun obrazını canlandıran aktrisa Yıldız Çağrı Atiksoy bu filmdəki rolu ilə karyerasında yeni mərhələyə qədəm qoydu.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Filmdə Osman Qazinin ikinci xanımı, Orxan Qazinin anası rolunu canlandıran bu zərif aktrisa 1986-cı il aprelin 1-də İzmirdə doğulub. Ali təhsili olmayan Yıldız  Çağrı aktyor sənətinin incəliklərini müxtəlif sənət məktəblərində və kurslarda öyrənib."Öyle bir keçer zaman ki" serialında Berrin Akarsu obrazıyla ulduzu parlayan gözəl aktrisa bir neçə bədii film və seriallarda ürkək, qorxaq, mülayim qadın obrazlarını canlandırıb.

Malhun xatun obrazı Yıldız Çağrı yaradıcılığında yenilik, amplua dəyişikliyi hesab oluna bilər. Eqoist, savaşçı, cəsur  və ağıllı Malhun xatun obrazı ilə diqqətləri üzərinə çəkən aktrisa hazırda TRT1 kanalında yayımlanan "Çempion" adlı serialada da  rol alır.

Onu aktrisa kimi məşhur müğənni və aktyor Özcan Deniz kəşf edib. Aktrisa 2007-ci ildə "Türkiyə gözəli" yarışmasına qatılıb və həmin müsabiqədə Özcan Dənizdən iş təklifi alıb. 

İlk rolunu Sibel Can və Tarık Akanın da rol aldığı filmdə epizodla başlayan gözəl qız, tezliklə rejissorların diqqətini çəkib.

Aktrisa ötən il  məşhur aktyor Berk Oktayla ailə qurub. Verdiyi müsahibələrdə hər zaman əri haqqında böyük sevgi ilə danışır.

Mələk  kimi zərif və məsum  görünən bu aktrisanın da həyatına şou qalmaqalları kölgə salmamış deyil. Bərk Oktayın öncəki həyat yoldaşı, aktrisa Merve Sarapçıoğlu bildirib ki, Berklə evil olarkən Yıldız onun ərini yoldan çıxarıb və nəhayət əlindən alıb.

Milli.Az


Etiketlər:  Osmanın Malhun xatunu kimin ərini əlindən aldı Maraqlı faktlar


RƏYLƏR