Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" "Sumqayıt"la heç-heçə etdi

Tarix: 12 Oktyabr 2019 18:36

Topaz Premyer Liqa təmsilçiləri "Qarabağ" və "Sumqayıt" milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edərək öz aralarında yoxlama görüşü keçirib.

Qol.az-ın məlumatına görə, “Azersun Arena”da keçirilən və hər hissəsi 35 dəqiqə olan matç 1:1 hesabı ilə başa çatıb.

"Qarabağ" - "Sumqayıt" - 1:1
Qollar
: İlqar Qurbanov, 24 (0:1), Maqaye Geye, 30 (1:1)

Qeyd edək ki, "Qarabağ" Premyer Liqada 7 turdan sonra 21 xalla 1-ci, "Sumqayıt" 7 xalla 6-cı pillədə qərarlaşıb.

 


Etiketlər:  Qarabağ Sumqayıtla heç heçə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ