Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Həyat hekayəm güllə səsi ilə başlayıb”

“Həyat hekayəm güllə səsi ilə başlayıb”

Tarix: 20 Yanvar 2023 14:45

"Qaranlıq gecədə, şam işığında, güllə səsi altında başlayıb bu həyatdakı hekayəm. Ləyaqətli, şərəfli, mübariz insanların şəhid olduğu gecədə dünyaya göz açmışam".

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri sosial şəbəkə hesablarında tanınmış aparıcı Jalə Həsənli paylaşıb. O, növbəti ad günü olduğunu bildirərək fikirlərinə əlavə edib:

"Bəlkə də elə onun təsiridir ki, illərdir ətrafıma da şərəfli və əzmkar insanları toplamağa çalışıram. Alınıbmı? Məncə, alınıb! Bu yaşıma qədər yaxşı dostlar qazanmışam, gözəl xatirələr toplamışam və nəticəsindən dərs çıxaracağım hadisələr yaşamışam. Ətrafımızda bu qədər çirkinliyin yaşandığı bir vaxtda özümə ancaq bir şeyi arzu edirəm: Allah ürəyimdən mərhəməti, başımdan ağlımı, yanımdan güvəndiyim, sevdiyim insanları əskik etməsin!".


Etiketlər:  Həyat hekayəm güllə səsi ilə başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ