Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyadan Ermənistana qayıtdı, kazarmada yandı

Almaniyadan Ermənistana qayıtdı, kazarmada yandı

Tarix: 20 Yanvar 2023 21:34

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühəndis-istehkam bölüyünün sığınacağında baş vermiş yanğın nəticəsində yanan əsgərlərdən biri Qaqik Barseqyan ölkəsinə hərbi xidmət keçmək üçün Almaniyadan gəlibmiş.

Milli.Az musavat.com-a istinadən bildirir ki,o, əslən Kotayk rayonunun (Ağadərəsi) Qarni icmasındandır.

Qarni administrasiyasının rəhbəri Tiqran Poqosyan bildirib ki, Qaqik bir il əvvəl Almaniyadan Ermənistana orduda xidmət etmək üçün qayıdıb. "Ata bu gecə və ya sabah səhər Ermənistanda olacaq, ana hələ gələ bilməz. Qaqik ağıllı, tərbiyəli oğlan idi. Müəllimlər deyirlər ki, o, həmişə yüksək qiymətlərə və yaxşı davranışlara malik olub", - Poqosyan qeyd edib. O əlavə edib ki, Qaqik ailədə böyük uşaq olub, onun bir bacısı və bir yaşlı qardaşı var.

Milli.Az


Etiketlər:  Almaniyadan Ermənistana qayıtdı kazarmada yandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ