Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2023 11:30
Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya geyimi ilə gündəmə gəlib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Şahmaran" adlı serialın qala gecəsində göz oxşayan aktrisanın geyiminin ümumi dəyərinin 124 min TL (təxminən 11 237 manat) olduğu məlum olub.
O, "Dolce & Gabbana" brendinə məxsus qara və transparan libası üçün 77 min TL (təxminən 6 978 manat) xərcləyib. Bundan başqa, sənətçinin ayaqqabısının qiyməti 14 min TL (1 268 manat), çantasının isə 33 min TL (2 990 manat) olduğu ortaya çıxıb.
Qeyd edək ki, "Netflix"də yayımlanan "Şahmaran" serialında baş rolları Serenay Sarıkaya, Burak Deniz və Mert Ramazan Demir canlandırırlar.