Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2023 20:00
"Bəlkə 4 il əvvəlki verilişdə bu sözlərə başlasaydım, başıma bu işlər gəlməzdi"
Həmid Həmidovun "Danışaq?" verilişinin yeni buraxılışında bu dəfə də əməkdar artist Bəhram Bağırzadə qonaq olub.
O son zamanlar onun əleyhinə aparılan müzakirələrdən və təhqirlərdən danışıb.
"Mən həmişə Allaha təvəkkül edib yaşamışam. 2 il əvvəl məni böyük bir bəladan, ölümdən xilas edib yenidən bu həyata, günahlar dünyasına qaytardı. Ondan sonra heç nədən qorxmuram. Narahatçılığım bir ondandır ki, mən ölüb gedəcəyəm, gələcək nəslə, övladlarımıza görə narahatam. Uşaqların gələcəkdə ailə quracaqları insanlar kim olacaq? Mən istəmirəm övladlarım xarici ölkəyə köçüb yaşasın. İstəməzdim. Mən istəyirəm bu məmləkətdə yaşasınlar.
O cəmiyyətdə ki, gələcəyin terrorçuları, vandalları var, ona görə qorxuram. Biz bunların tərbiyəsi ilə məşğul olmasaq çox böyük faciələr yaşaya bilərik.
Mən bir mədəniyyət işçisi kimi deyirəm ki, mədəniyyətdə deqradasiya gedir.
Mən elə bil həyatımda qəribə təsadüfdür, 5 ildən bir qalmaqala düşürəm. Pandemiyada da komaya düşəndə qalmaqal yaşandı.
Mənim də alnıma belə yazılıb. Allah mənə güc verir, imtahana çəkir. Mən heç vaxt təslim olmayacam.
Məni sosial şəbəkələrdə söyənlərə gündə 17 dəfə dua edirəm.
Mən Don Kixotluq edirəm, bu gün bunu etməsəydim, heç kim deməyəcəkdi. Hamı görür, amma susurlar". ("Bakupost")