Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərakeş Ukraynaya tanklar göndərdi

Mərakeş Ukraynaya tanklar göndərdi

Tarix: 22 Yanvar 2023 23:02

Mərakeş Krallığı Ukraynaya Çexiyada təkmilləşdirilən qeyri-müəyyən sayda T-72B tanklarını təhvil verib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Menadefense" nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, bir həftə əvvəl Çexiya Ukraynaya iyirmiyə yaxın T-72 göndərib, onlardan bəzilərinin ölkənin Baş naziri Petr Fialanın tanklara imza qoyduğu zaman fotosu çəkilib.

Vurğulanır ki, Krallığın bir neçə modifikasiyalı 300-ə yaxın T-72 tankının olduğu məlumdur. Onlar 1999 və 2000-ci illərdə Belarusdan iki partiyada alınıb. Jurnalistlərin sözlərinə görə, Mərakeş 2022-ci ilin aprel ayının sonunda Ramşteyn sammiti zamanı bu tankların Ukraynaya təhvil verilməsinə razılıq verib.

Ehtimal olunur ki, Mərakeş Ukraynaya verilən T-72-lərin müqabilində "Abrams" tankları ala bilər.


Etiketlər:  Mərakeş Ukraynaya tanklar göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ