Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməliyyat zamanı qayçı qızın qarnında qaldı - VİDEO

Əməliyyat zamanı qayçı qızın qarnında qaldı - VİDEO

Tarix: 23 Yanvar 2023 16:10

Gürcüstanda aylar öncə əməliyyat edilmiş soydaşımızın bədənində əməliyyat zamanı istifadə edilən qayçının qaldığı müəyyən edilib.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, əməliyyatdan bir müddət sonra 22 yaşlı Səbinə Güləhmədovanın bədənində yenidən güclü ağrılar baş qaldırıb.

Dərhal bu barədə əməliyyatı edən həkimə məlumat verilib. Gənc qız eyni həkim briqadası tərəfindən yenidən əməliyyat edilib və qayçı qızın bədənindən çıxarılıb.

Əməliyyatı icra edən cərrah Nika Sarauli ilə əlaqə saxladıq. O, baş vermiş hadisə ilə əlaqədar danışmasa da, Səbinə Güləhmədovanın hazırkı vəziyyətinə aydınlıq gətirib.

Hazırda Səbinə Güləhmədovanın müalicəsi davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Əməliyyat zamanı qayçı qızın qarnında qaldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ