Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda hər il 1000 ürək qüsurlu uşaq doğulur

Azərbaycanda hər il 1000 ürək qüsurlu uşaq doğulur

Tarix: 24 Yanvar 2023 22:36

Anadangəlmə ürək qüsurları çox geniş rast gəlinən problemlərdən biridir. Azərbaycanda hər il təxminən 1000 uşaq anadangəlmə ürək qüsuru ilə doğulur. Ürək xəstəlikləri əsasən ürək qüsurları və uşaqların sonrakı yaşam tərzində məruz qaldıqları infeksiyaları, dərman pereparatları, ətraf amillər nəticəsində qazanılmış ürək xəstəlikləri qruplarına ayrılır.

"Medicina" xəbər verir ki,uşaq kardioloqu Aidə Süleymanova bu barədə danışıb.

Bunun xaricində uşaqlarda ritm problemləri (artimiyalar) görünür. Anadangəlmə ürək qüsurları ilə doğulan uşaqların hamısı ciddi müalicəyə ehtiyacı olan xəstələr deyil.

"Bu xəstələrin təqribən 25-30% ciddi ürək müalicəsinə ehtiyacı olan xəstəlik qruplarıdır. Ürək xəstəliklərinin tək bir səbəbi yoxdur. Təəssüf ki, bu faktorlardan ailə faktoru, infeksion xəstəlikləri, hamiləlik zamanı qəbul olunan dərmanlar ürək qüsurlarına səbəb ola bilər. Həmçinin revmatoloji xəstəliklər, şəkərli diabet olan analardan risk faktoru yüksəkdir. Əgər uşaqda anadangəlmə ürək qüsurları aşkar olunarsa kardioloq və pediatr onu təqib edir və ciddi müdaxiləyə ehtiyacı olarsa cərrahi əməliyyat keçirilməsi tövsiyə olunur", - deyə həkim bildirib.

Uşaqlarda ən çox Follo tetradası, mədəciklər arası çəpərin defekti, qulaqcıqlararası çəpərin defekti, oval dəliyin açıq qalması və digər ürək qüsurlarına tez-tez rast gəlinir.

Artıq 6 ilə yaxındır ürək qüsurundan əziyyət çəkən uşaqlar icbari tibbi sığortanın dəstəyi ilə ürək əməliyyatlarından faydalana bilir.

Milli.Az


Etiketlər:  Azərbaycanda hər il 1000 ürək qüsurlu uşaq doğulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ