Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Tünzaləyə hörmətlə yanaşın, arxasınca danışmayın” - VİDEO

“Tünzaləyə hörmətlə yanaşın, arxasınca danışmayın” - VİDEO

Tarix: 25 Yanvar 2023 19:50

Son günlər Xalq artisti Afaq Bəşirqızının mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra üçün fond yaradılması təklifi ilə çıxış etməsi cəmiyyətdə müzakirə predmetinə çevrilib.

Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı Əməkdar artist Ülviyyə Əliyeva sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamasında danışıb.

Aktrisa fond məsələsinə bu cür aydınlıq gətirib:

"Afaq Bəşirqızı təklif irəli sürdü ki, Tünzalə Əliyeva üçün fond yaradılsın. Bunun tamaşaçılara, xalqa aidiyyatı yoxdur. Fond incəsənət xadimləri üçündür. Yalnız incəsənət xadimləri, aktyor yoldaşları ora pul yatırsın ki, Zəhranın gələcəkdə zəmanəti olsun. Bu pulu böyüyəndə istəyər təhsilinə, istəsə də cehizinə xərcləsin. Biz sənət adamları birləşib bu fondu yaratmaq istəyirik. Tamaşaçılar sağlığında Tünzaləyə yetərincə dəstək olub: müalicəsində, ev almasında".

Ü.Əliyeva, həmçinin mərhum həmkarı "Toppuş bacı"nın "sənətkar" adlandırılmasını tənqid edənlərə də ismarış yollayıb:

"Tünzalə peşəkar aktrisa idi, İncəsənət Universitetinin dram, kino fakültəsini bitirib. Gəncə Kukla, Gəncə Dram Teatrında, Bakıda İrəvan Teatrında yetərincə çalışıb. Onun qiymətini Prezident verib və "Əməkdar artist" fəxri adına layiq görülüb. Kimsə onun yaradıcılığını izləməyibsə, hansısa verilişdə görübsə, ölünün arxasınca artıq danışmayın. O, tamaşaçının sevimlisi idi, belə də qalacaq. Biz gördük ki, onu nə qədər sevən var. Üç mərasimində zalın yarısı tamaşaçılar idi. Vida və dəfn mərasiminə də çoxlu insan gəlmişdi. Ona hörmətlə yanaşın. Hər sənət adamına bu cür hörmətlə dəfn, vida mərasimi qismət olmur".

Qeyd edək ki, Tünzalə Əliyeva yanvarın 22-si uzun sürən xərçəng xəstəliyindən Milli Onkoloji Mərkəzində saat 12 radələrində dünyasını dəyişib. Aktrisa yanvarın 23-ü Qurd Qapısı məzarlığında dəfn edilib.


Etiketlər:  Tünzaləyə hörmətlə yanaşın arxasınca danışmayın VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ