Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ora Şəfiqənin atasının ittifaqı deyil”

“Ora Şəfiqənin atasının ittifaqı deyil”

Tarix: 26 Yanvar 2023 13:25

Əməkdar artist Gülşad Baxşıyeva Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından ayrılması ilə bağlı açıqlama verib.

Milli. Az xəbər verir ki, aktrisa bu barədə olay-a danışaraq deyib ki, ittifaqdan ayrılma səbəbi Xalq artisti Şəfiqə Məmmədova deyil:

"Mən Şəfiqə Məmmədovaya görə ittifaqa gəlməmişəm, ona görə də çıxmaq niyyətim yoxdur. Şəfiqə Məmmədova bu gün var, sabaha orada yoxdur. Hər dəfə kimsə xoşuma gəlməyəndə ittifaqdan çıxacam, xoşuma gələndə qayıdacam? Sadəcə demişəm ki, mən oranın üzvü sayılmıram. Orada yoxam, yalnız adım gedir. Heç bir tədbirlərə, iclaslara məni çağırmayıblar. Özləri seçiblər, özləri doğublar, özləri də göbəyini kəsiblər. Mən bilməmişəm ki, seçki olub, ya qurultay. Bir stəkan çay içib, deyib ki, məni seçirsiz, beş-altı adam çay içə-içə seçiblər. Bundan nə millətin, nə də kino sahəsində çalışanların xəbəri olub. Mən özümü oranın üzvü saymıram. Çıxmış kimi bir şeyəm. Şəfiqənin atasının ittifaqı deyil. O, yaratmayıb, Prezident yaradıb. Sabah onu çıxarıb, yerinə başqasını gətirəcəklər".

Qeyd edək ki, bu gün yayılan məlumatda ittifaqdan 20 nəfərin istefa etdiyi bildirilir.

Milli.Az


Etiketlər:  Ora Şəfiqənin atasının ittifaqı deyil


RƏYLƏR