Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyadan şok qərar: Qarabağda separatizmə dəstəyə görə... - FOTO

Rusiyadan şok qərar: Qarabağda separatizmə dəstəyə görə... - FOTO

Tarix: 26 Yanvar 2023 21:03

Rusiyanın Yekaterinburq şəhərində yerli erməni icmasının rəhbəri (diaspor təşkilatının sədri) Masis Nazaryan məsuliyyətə cəlb olunub.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, diaspor rəhbəri Qarabağda separatizmə dəstək məqsədilə icazəsiz aksiya təşkil etdiyi üçün məhkəməyə verilib.

Nazaryanın dosyesi Yekaterinburqun Lenin rayon məhkəməsinə göndərilib.

Polis onu xəbərdarlıq etmədən ictimai tədbir təşkil etməkdə ittiham edir. Nazaryandan başqa Helen Kirakosyana qarşı da eyni inzibati maddə ilə iş başlanıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Nazaryan və Kirakosyanı Ermənistan və separatçıların qondarma bayraqlarının qaldırıldığı aksiyada iştirak etdiklərini görmək olar.


Etiketlər:  Rusiyadan şok qərar Qarabağda separatizmə dəstəyə görə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ