Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2023 23:02
Naxçıvanda sahibkarların martın 1-dək elektron qaimə sisteminə keçəcəyi açıqlanıb.
Bu barədə sahibkarlar sosial şəbəkədə yazıblar.
Məlumatı dəqiqləşdirmək məqsədilə Naxçıvanın Vergilər Nazirliyinə müraciət etdik. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirdi ki, 2018-ci ildən sonra Azərbaycanda qaimə-faktura sistemi elektron formaya keçib:
"Elektron qaimə-faktura ölkə üzrə vahid sistem oluduğundan Naxçıvanda da həmin tarixdən tətbiq olunur. Qeyd olunan tarixdən bu yana Naxçıvanda elektron qaimə-faktura sistemi tətbiq edilir".