Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Fənərbağça"nın keçmiş futbolçusu "Qarabağ"a keçib

Tarix: 27 Yanvar 2023 07:08

Ağdamın "Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Fransanın "Dijon" komandasından Yassin Benzianı transfer edib.

Əlcəzair millisinin sabiq üzvü ilə imzalanmış müqavilənin müddəti hələlik bəlli deyil.

Qeyd edək ki, Fransa vətəndaşlığı da olan Yassin Benzia karyerası ərzində "Lion", "Lill", Türkiyənin "Fənərbağça", Yunanıstanın "Olimpiakos" komandalarında da çıxış edib. O, 2016 - 2018-ci illərdə formasını geyindiyi Əlcəzair yığmasında 4 oyuna 1 qol vurub.

Milli.Az


Etiketlər:  Fənərbağçanın keçmiş futbolçusu Qarabağa keçib


RƏYLƏR