Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2023 07:45
Daim Azərbaycana qarşı qaralama kampaniyası aparan İranın "Səhər" telekanalı Tehranda səfirliyimizə hücum edən və təhlükəsizlik xidməti rəisini qətlə yetirən terrorçudan müsahibə alıb.
Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Terrorçunun sərbəst şəkildə, əli qandalsız formada müsahibə verməsi diqqət çəkib.
Sərbəst toplaşmaq hüququndan, söz haqqından istifadə edərək meydanlarda etiraz səsini ucaldanları güllələyən İranın terrorçuya bu isti münasibəti, ona müsahibə haqqı tanıması nədən qaynaqlanır görəsən?!
Təşkil etdiyi teraktın "məişət səviyyəsində" olmasını göstərmək istəyi İranı daha da ifşa edir.