Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu akademiyada rus dili qadağan edildi

Bu akademiyada rus dili qadağan edildi

Tarix: 28 Yanvar 2023 08:12

Ukraynanın Kiyev-Moqilyansk Akademiyasında rus dilində ünsiyyət qadağan edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Moqilyanskın Müşahidə Şurasının üzvü Gennadi Zubko deyib.

O bildirib ki, universitetdə rus dilində tədris uzun müddətdir aparılmır. İndi qadağa şəxslərlərarası ünsiyyətə də şamil edilir:

"Bu, tamamilə hər kəsə aiddir: müəllimlər, tələbələr, inzibati heyət. Bu norma Universitetin Elmi Konfransının 40-cı sessiyasında yeni daxili nizamnamədə öz əksini tapıb".

Zubko vurğulayıb ki, qərar həm tələbələr, həm də müəllimlər tərəfindən dəstəklənir.

Milli.Az


Etiketlər:  Bu akademiyada rus dili qadağan edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ