Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2023 08:34
ATƏT sədri Buyar Osmani Azərbaycanın İrandakı səfirliyinə qarşı silahlı hücumu pisləyib.
Buyar Osmani bu barədə tviter hesabında paylaşım edib.
"Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir. Həlak olan şəxsin ailəsinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram", - deyə ATƏT sədri qeyd edib.
Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər yaralanıb.