Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2023 12:06
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Tibb Universitetinin nevrologiya kafedrasının dosenti, tanınmış nevroloq Dilarə Xəlilova vəfat edib.
Sonxeber.net xəbər verir ki, bu barədə ATU-nun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkən Dilarə Xəlilova yanvarın 26-da gecə saatlarında dünyasını dəyişib, ötən gün dəfn olunub.
Məlumata görə, o, uzun müddət ATU-nun Tədris Terapevtik Klinikasının Nevrologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra xəstəliklə əlaqədar vəzifəsindən uzaqlaşıb.