Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan hərbi məzarlıqda təhqirlə qarşılandı

Paşinyan hərbi məzarlıqda təhqirlə qarşılandı

Tarix: 28 Yanvar 2023 13:20

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün səhər İrəvanda "Yerablur" hərbi panteonuna səfər edib. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Paşinyanın səfəri ölən erməni hərbçilərin yaxınları və valideynləri tərəfindən etirazla qarşılanıb. 

Paşinyanı təhqirlərlə qarşılayan valideynlər onu "satqın" və "ermənilərin qatili" adlandırıblar. 

Bununla yanaşı, panteona gələn Ermənistanın müdafiə naziri Suren Papikyan da təhqir və söyüşlərlə qarşılanıb. 

Portal yazır ki, gecədən hərbi məzarlığa çox sayda polis əməkdaşı cəlb olunub. Onlar Paşinyanın səfəri ilə əlaqədar olaraq, valideynlərə öz yaxınlarının məzarını ziyarət etməyə icazə verməyib.

Milli.Az


Etiketlər:  Paşinyan hərbi məzarlıqda təhqirlə qarşılandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ