Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nikol qadınları orduya yığır: bəs, kişilər hanı?

Nikol qadınları orduya yığır: bəs, kişilər hanı?

Tarix: 29 Yanvar 2023 11:32

Ermənistan Baş naziri Nikol Paşinyanın qadınları orduya cəlb etmək qərarı kifayət qədər mübahisəli məsələdir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri "Milli müdafiə" jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.

O bildirib ki, qadınların orduya cəlbində bəzi məsələlər açıqdır:

"Əvvəla, necə? Döyüş, arxa cəbhə, yoxsa dəstək mövqeləri üçün? Snayperçilər - dünyada heç bir ordu onları əsir götürmür.

Tibb işçisi - daha normaldır. Rabitə mərkəzində telefon operatorları - icazə verilir.

İkincisi, kişilər haradadır? Qoşunlardakı çatışmazlığı ilk növbədə qadınların yox, kişilərin hesabına tamamlamaq məntiqlidir.

Üçüncüsü, qadınların hərbi hissələrdə xidmət etməsi üçün müvafiq yaşayış və digər şərait yaradılmalıdır. Yanğın nəticəsində erməni hərbçilərin kütləvi şəkildə ölməsi ilə bağlı son faciəli hadisə onu göstərdi ki, Ermənistan ordusunda, yumşaq desək, xidmət şəraitinin yaxşılaşması yalnız arzu ola bilər.

Və ən başlıcası: İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması perspektivləri hələ də xülyadır, sərhədlər delimitasiya olunmayıb, Paşinyan Üçtərəfli Bəyanatı və ondan sonrakı razılaşmaları yerinə yetirmək istəmir. Yəni yeni toqquşmaların mümkün perspektivi daha böyükdür. Belə bir şəraitdə Ermənistan hökumətinin qadınların erməni ordusunda xidmət etməsi ilə bağlı qərarı hərbi-siyasi populizm aktı kimi görünür".


Etiketlər:  Nikol qadınları orduya yığır bəs kişilər hanı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ