Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İcma sədri: Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir

İcma sədri: Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir

Tarix: 14 Oktyabr 2019 13:18

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyevin "Valday" klubunda qətiyyətli bəyanatı biz - Dağlıq Qarabağdan məcburi köçkün düşmüş, etnik təmizləməyə məruz qalmış azərbaycanlıları çox sevindirdi.

Trend-in məlumatına görə, bunu “Qarabağ Azərbaycandır!” mövzusunda keçirilən konfransda Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev söyləyib.

Onun sözlərinə görə, ölkə başçısının çıxışı Azərbaycan torpaqlarının işğaldan azad olunacağı günün uzaqda olmadığına bir mesaj idi:

"Bayrağımızı Şuşada, Xankəndidə dalğalandıracağımız gün uzaqda deyil. Biz ölkə başçısının müdrik xarici siyasətindən nümunə götürməli, bunu gündəlik həyatımızla bağlamalıyıq. Sosial şəbəkələrdə, informasiya müharibəsi gedən bütün platformalarda bu fəaliyyəti davam etdirməliyik".

T.Gəncəliyev qeyd edib ki, ermənilərə ikinci böyük zərbə Aşqabadda - MDB-nin zirvə toplantısında vuruldu:

"Bütün bunların sayəsində Azərbaycanın haqq səsi bütün dünyanın diqqətinə çatdırıldı. Cinayətkar ünsürlər bu qətiyyətli bəyanatlardan dərs götürməli, tezliklə qüvvələrini işğalda olan torpaqlarımızdan çıxarmalıdırlar. Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu Azərbaycan respublikasının suverenliyini, ərazi bütövlüyünü qəbul edib, bayrağımız altında yaşamağa razılıq verməkdir. Ölkə başçısının bəyanatı erməni icmasına da ünvanlanır ki, onlar yuxudan ayılsınlar, işğalçı rejimdən qurtularaq, Azərbaycan ərazilərinin suverenliyi çərçivəsində bizimlə bir yerdə yaşamağın vacibliyini anlasınlar. Əks halda hər keçən gün onları daha da uçuruma aparır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İcma sədri Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ