Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2023 22:00
Pakistanın Heybər-Paxtunxva əyalətində bu gün Pakistan və Türkiyə hərbçilərinin birgə "Atatürk-2023" hərbi təlimi başlayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Pakistan Silahlı Qüvvələrinin komandanlığı təlimlərin iki həftə davam edəcəyini bildirib.
Təlimlərin məqsədi terrorizmə qarşı birgə mübarizədir.
Qeyd edək ki, "Atatürk" təlimləri hər iki ordusunun xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə 1998-ci ildən keçirilir.