Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni tikilən binalarda niyə nəmişlik əmələ gəlir? - VİDEO

Yeni tikilən binalarda niyə nəmişlik əmələ gəlir? - VİDEO

Tarix: 31 Yanvar 2023 14:16

Havaların soyuması ilə bəzi binalarda və mənzillərdə rütubət əmələ gəlir. Əksər vaxtlarda nəmişlik köhnə binalarda müşahidə olunsa da, yeni tikililərdə də belə halları görmək mümkündür.

Təkcə köhnə tikililərdə yox, yenilərində də rütubətliliyin olmasını paytaxt sakinləri də təsdiqləyirlər.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, inşaat üzrə ekspert Muxtar Ərturan deyib ki, köhnə binalarda, xüsusilə də betondan inşa olunanlarda rütubət daha çox olur.

Səbəb isə odur ki, beton material sıxdır və onda hava boşluğu yoxdur. Nəticədə də çöl divarlar nəmişlik çəkir.

Yeni binalara gəlincə isə ekspert deyib ki, rütubətə səbəb izolyasiyanın zəifliyi, su-kanalizasiya sisteminin keyfiyyətsiz materiallarla çəkilməsi və xətlərin düzgün quraşdırılmamasıdır. O bildirib ki, təzə tikililərdə də nəmişlik problemi kütləvidir. Xüsusilə də 2009-cu ilə qədər inşa olunan tikililərdə daha çox müşahidə edilir.

Muxtar Ərturanın sözlərinə görə, binanın zirzəmisindəki rütubətin qarşısını yalnız mühəndis qrupu ala bilər. Ekspert vətəndaşlara tövsiyə edir ki, ev alarkən binanın zirzəmisinə baxsınlar və onun bünövrəsinin keyfiyyətini araşdırsınlar.

Bəzi mütəxəssislər isə bildirirlər ki, nəmişliyi nisbətən də olsa aradan qaldırmaq üçün binada fasad boyasından, mənzilin daxilində isə rütubətə qarşı boyalardan istifadə etmək olar. Bununla nəmişliyi azaltmaq və antisanitariyanın qarışısını almaq olar.

"Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Yeni tikilən binalarda niyə nəmişlik əmələ gəlir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ