Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəranda bir gündə iki kişi meyiti tapılıb

Lənkəranda bir gündə iki kişi meyiti tapılıb

Tarix: 31 Yanvar 2023 22:28

Lənkəranda yaşayış evində kişi meyiti tapılıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, meyit axşam saatlarında rayonunun Vilvan kəndində yerli sakinlər tərəfindən aşkar edilib.

Hüquq mühafizə orqanları hadisə yerinə baxış keçirən zaman meyitin İsmixan Məhkəmə oğlu Əzimova məxsus olduğunu müəyyən edib.

Qeyd edək ki, ölən şəxs bir neçə ildir ki, tək yaşayıb.

Hazırda ölümün səbəbi araşdırılır.

Xatırladaq ki, analoji hadisə bu gün Lənkəran şəhərinin Heydər Əliyev prospekti dalan 4, ev 11 ünvanında da qeydə alınıb.

1973-cü il təvəllüdlü Vüqar Eldar oğlu Novruzovun meyiti yaşadığı evdə tapılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Lənkəranda gündə kişi meyiti tapılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ