Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2023 08:57
Rusiyanın hücum əməliyyatında və Donbas uğrunda ağır döyüşlərin pik nöqtə mart ayında baş verə bilər, o zaman Rusiya əsas qüvvələrini oraya köçürəcək, texnika və silahlar gətirəcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
"Donbas uğrunda epik döyüşün ikinci mərhələsi başlayır. Onlar artıq hücum əməliyyatına start veriblər. Mümkün qədər təzyiq göstərməyə, hücum cəhdlərini artırmağa çalışırlar və bundan sonra da artıracaqlar. Sadəcə olaraq, proqnozlara görə, bu hücum cəhdlərinin pik nöqtəsi martda ola bilər", - ekspert qeyd edib.