Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Özünü ölü göstərmək üçün oxşarını öldürdü - 50-dən çox bıçaq zərbəsi - VİDEO - FOTO

Özünü ölü göstərmək üçün oxşarını öldürdü - 50-dən çox bıçaq zərbəsi - VİDEO - FOTO

Tarix: 3 Fevral 2023 00:44

Almaniyada ağlasığmaz qətl hadisəsi baş verib.

Milli.Az big.az-a istinadən bildirir ki, ötən ilin avqust ayında İnqolştadt şəhərində 50-dən çox bıçaq zərbəsi ilə qətlə yetirilən meyit tapılıb.

Ölən şəxsin 23 yaşlı, İraq əsilli kosmetoloq Şahraban K. olduğu bildirilib. Hətta onun ailəsi də meyitə baxış zamanı bunu təsdiqləyib.

Lakin istintaq nəticəsində məlum olub ki, Şahraban K. ailəsindəki problemlərə görə rəsmi olaraq ölü görünmək və gizlənmək istədiyi üçün özünə bənzəyən 23 yaşlı gözəllik bloqeri Xədicəni öldürüb.

Şahraban K. və onun sevgilisi Şeqir K. polis tərəfindən saxlanılıblar.

Milli.Az


Etiketlər:  Özünü ölü göstərmək üçün oxşarını öldürdü 50 dən çox bıçaq zərbəsi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ