Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda hicabsızların şəxsiyyət vəsiqəsi bloklanacaq

İranda hicabsızların şəxsiyyət vəsiqəsi bloklanacaq

Tarix: 3 Fevral 2023 20:02

Hicaba riayət etməyənlərin şəxsiyyət vəsiqəsi bloklanacaq və onlara sosial xidmətlərin göstərilməsi dayandırılacaq.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə İran parlamentinin nümayəndəsi, İslam Şurasının Məhkəmə Komissiyasının rəhbəri Musa Qəzənfərabadi məlumat verib.

"Hicaba riayət etməyənlərin şəxsiyyət vəsiqəsinin bloklanmasıyla bağlı plan hazırlanır. Bu planın əsas məqsədi sosial təzyiqləri artırmaq və təsdiq edilmiş geyimlərə riayət etməyənləri sosial xidmətlərdən məhrum etməkdir. Hicab taxmamaqda israrlı olanlar cərimələnəcəklər. Cəriməni ödəməyənlərin şəxsiyyət vəsiqəsi bloklanacaq və daha sonra bank sistemindən istifadə imkanları kimi sosial xidmətlərdən məhrum ediləcəklər", - Qəzənfərabadi bildirib.


Etiketlər:  İranda hicabsızların şəxsiyyət vəsiqəsi bloklanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ