Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fevral-mart aylarında Azərbaycanda “Yapon küləyi” əsəcək - Səfir

Fevral-mart aylarında Azərbaycanda “Yapon küləyi” əsəcək - Səfir

Tarix: 4 Fevral 2023 08:51

Bu ilin fevral-mart aylarında Yaponiya səfirliyi Azərbaycanda "Yapon küləyi" adlı silsilə tədbirlər keçirəcək. Bununla ölkənizin sakinlərinin Yaponiya mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq imkanı yaranacaq. Bakı küləklər şəhəri olduğuna görə Yaponiya ilə bağlı mədəniyyət tədbirlərinin burada həzin küləklər kimi əsəcəyinə ümid edirəm.

Bu sözləri "TATE-Hatoryu" qrupunun ifasında "Ənənəvi Yapon Qılınc Döyüş Sənəti üzrə Səhnə Performansı"nın təqdimatında Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi deyib.

"TATE Yaponiyanın ənənəvi incəsənət növlərindən biridir. Bu, döyüş sənətinin elementlərini özündə birləşdirsə də, idman növü kimi deyil, daha çox teatral tamaşa kimi qəbul olunur. Artıq xeyli müddətdir ki, Azərbaycanda yaşayıram. Ölkənizdə ən çox sevdiyim özəllik, ilk növbədə, insanların çox ürəyiaçıq və qonaqpərvər olmasıdır. Eyni zamanda, Azərbaycanın gözəl təbiəti və dadlı mətbəxi də məni valeh edir", - deyə səfir bildirib.

Milli.Az


Etiketlər:  Fevral mart aylarında Azərbaycanda Yapon küləyi əsəcək Səfir


RƏYLƏR