Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2023 18:15
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın "Qaratikan" serialındakı rolunu davam etdirəcək həmkarının kimliyi bəlli olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktrisa Sonaxanım Əliyeva bu haqda "Xəbər ətər" proqramında danışıb. O bildirib ki, mərhum həmkarının rolu ona təklif edilib:
"Qaragilə obrazını mən oynayacağam. Bu, çox ağır məsuliyyətdir. Bir səhnədən danışım, bizim ondan sonra ilk çəkilişimiz idi. Video çəkdik. İstəməzdik deyək ki, Allah rəhmət eləsin. Əksinə 15 fevral ad günündə ona təbriklərimizi bildirmək istəyərdik. Mən ilk çəkilişdə onun geyindiyi paltarları geyindim. Dilarə xanım həyətə girib məni gördü, diksinib ağladı. Dedi, elə bildim Tünzalə dayanıb".