Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pakistanda "Wikipedia" bloklanıb

Pakistanda

Tarix: 4 Fevral 2023 18:34

Pakistanda "Wikipedia"ya "küfr edən məzmun"la bağlı xəbərdarlıqdan sonra ölkədə sayta giriş məhdudlaşdırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Wikimedia Fondu məlumat yayıb.

Bu həftənin əvvəlində Pakistan Telekommunikasiya İdarəsi (PTA) "Wikipedia"ya "küfr məzmunlu" informasiyanı bloklamaq və ya silmək üçün 48 saat vaxt vermiş, əks halda sayta girişin məhdudlaşdırılacağını bildirmişdi.

PTA sözçüsü bildirib ki, "Wikipedia" "bütün etiraz doğuran materialları" silənə qədər Pakistanda blokda qalacaq.

Milli.Az


Etiketlər:  Pakistanda Wikipedia bloklanıb


RƏYLƏR