Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Çinin hava şarını vurdu - VİDEO

ABŞ Çinin hava şarını vurdu - VİDEO

Tarix: 5 Fevral 2023 09:14

ABŞ hava məkanına daxil olan Çinin hava şarını vurub.

Milli.Az "Associated Press"ə istinadən xəbər verir ki, hazırda sudan tullantıların çıxarılması üzrə əməliyyat aparılır.

Eyni zamanda, ABŞ casus şarı səbəindən Şimali Karolina və Cənubi Karolina üzərində hava məkanının bir hissəsini bağlayıb.

Federal Aviasiya Administrasiyasının məlumatına görə, ABŞ hakimiyyəti bunun milli təhlükəsizliyin təmin edilməsi istiqamətində bir addım kimi qiymətləndirib.

Hələlik başqa təfərrüatlar verilməyib.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi aşkar edilən Çin müşahidə şarını təhlükəli hesab etmirdi.

Pentaqon onun sonrakı hərəkətini izlədiyini və hadisələrin gedişatına reaksiya vermək üçün müxtəlif variantları nəzərdən keçirdiyini bildirmişdi.

Milli.Az


Etiketlər:  ABŞ Çinin hava şarını vurdu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ