Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2023 10:06
Türkiyənin Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,4 bal gücündə zəlzələdən sonra Hatay şəhər mərkəzi ilə Kıraxan rayonunda, Kahramanmaraş vilayət mərkəzi ilə Pazarcık və Narlı rayonlarında təhlükəsizlik məqsədilə təbii qaz verilişi dayandırılıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkəti tərəfindən edilən açıqlamada, zəlzələdən sonra lazımi təhlükəsizlik tədbirləri görülüb.
Zəlzələ üzrə mütəxəssislər bildirib ki, 17 avqust 1999-cu ildə baş verən zəlzələyə bənzər vəziyyət yaşanır. Afterşokların bir ay boyunca yaşanacağı bildirlib.
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda Bakı vaxtı ilə 05:26-da 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfər ölüb, 500-ə nəfərə yaxın insan yaralanıb.