Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2023 15:06
Sosial şəbəkələrdə Türkiyənin dağıdıcı zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində dağıntıların altından iki azərbaycanlı tələbənin çıxarıldığı haqqında məlumat yayılmışdı.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən məlumatın araşdırıldığı deyilib.
Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Son məlumatlara görə, zəlzələ nəticəsində 912 nəfər həyatını itirib, 5 385 nəfər yaralanıb, 2 470 nəfər dağıntılar altından xilas edilib.