Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden Polşaya səfər edəcək

Bayden Polşaya səfər edəcək

Tarix: 8 Fevral 2023 08:38

ABŞ Prezidenti Co Bayden Ukraynada hərbi əməliyyatların başlanmasının birinci ildönümü ərəfəsində Polşaya səfər edəcək.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə NBC kanalı xəbər verib. Bildirilib ki, səfərlə bağlı yekun qərar hələ verilməyib və plan dəyişə bilər.

Fevralın əvvəlində Polşanın "Dziennik Gazeta Prawna" nəşri ABŞ prezidentinin Polşaya səfərinə hazırlıq barədə məlumat yayıb. Nəşr yazıb ki, Bayden Polşa prezidenti Anjey Duda və Ukrayna lideri Vladimir Zelenski ilə görüşməyi planlaşdırır. Görüş Varşavada və ya sərhəddə yerləşən Rzeşov şəhərində baş tuta bilər.


Etiketlər:  Bayden Polşaya səfər edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ