Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2023 07:46
"Uşaqlarımızı yaratdığımız məlumat forması ilə qeydiyyatdan keçiririk. Onların şəkillərini, göz və saç rəngini qeyd edirik. Sonra fotosunu çəkib Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) hazırladığı məlumat sisteminə yükləyirik".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Uşaq Xidmətləri üzrə baş direktoru Musa Şahin deyib.
O, zəlzələ bölgələrində dağıntılar altından çıxarılan, yanında ailəsi olmayan uşaqlar barədə danışıb.
Bildirib ki, ilk iş xilas olunan uşaqların zəlzələ riski olmayan əyalətlərə köçürülməsidir:
"Bu uşaqlar üçün qolbaq sistemi tətbiq edəcəyik. Belə ki, uşağı əyalətə köçürərkən ona ağ qolbaq taxıb adını yazıb nömrə verəcəyik. Rəqəmsal sistemə əsasən, hər vilayət üçün fərqli rəngdə qolbaq veriləcək. Sonra uşaqların ailələri dağıntılar altından hansı şəhərdə çıxdıqlarını söylədikdə uşaqlarını daha rahat tapa biləcəklər".