Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2023 08:36
Ukrayna ordusunun hücum əməliyyatları üçün vasitələri yoxdur, tam məğlubiyyətə yaxındır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə Polşa quru qoşunlarının keçmiş komandanı, general Valdemar Skşiçak çıxış edib.
"Bəziləri deyir ki, Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçməlidir. Lakin ukraynalıların əks-hücum etmək üçün nə gücü, nə də imkanı var. Əgər Ukrayna müdafiəsi yarılıbsa, ruslar öz məqsədlərinə çatacaqlar", - general vurğulayıb.
O qeyd edib ki, belə çətin vəziyyətdə ukraynalılar ancaq özlərini müdafiə edə bilərlər.