Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2023 12:56
Bakının zəlzələdən sonra yaranmış qırılmalarda tikinti aparılmır.
Sonxeber.net xəbər verir ki, bunu APA-ya müsahibəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.
Elxan Əsədov deyib ki, Bakının özünün sürüşmə ərazilərinin planı var: "Bu plan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidməti tərəfindən tərtib olunub. Həmin ərazilərdə tikintilər dayandırılıb. İstisna hal kimi orada dövlət üçün vacib olan tikintilər həyata keçirilə bilər. O da müəyyən hazırlıq tədbirləri görüldükdən sonra... Həmçinin Bakının bir neçə yerində zəlzələdən sonra yaranmış qırılmalar var ki, bu gün o ərazilərdə tikinti aparılmır. Belə vəziyyət Nərimanov prospektinə paralel olan Abdulla Şaiq küçəsində var. Həmin ərazidə sovet dövründən və ondan əvvəlki illərdən qalan köhnə birmərtəbəli evlər sökülür və yerində park salınır".