Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İskenderun sahillərini basan dəniz suyu çəkildi - FOTO

İskenderun sahillərini basan dəniz suyu çəkildi - FOTO

Tarix: 9 Fevral 2023 17:32

Türkiyədə zəlzələdən sonra Hatayın İskenderun şəhərində dəniz səviyyəsinin qalxması ilə küçələri basan sular çəkilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bölgədə sahil yolunda dənizin səviyyəsi qalxmış, təxminən 200 metr məsafədə irəliləyən dəniz suyu bəzi rayonlarda binaların dördüncü mərtəbəsinə qədər qalxmışdı. Sahil zolağındakı iş yerlərini, küçə və prospektləri su basmış, banklar və iş yerləri boşaldılmışdı.

Nəhayət bu gün dəniz suyu sahildən geri çəkilib, yerində isə palçıq qalıb. Ancaq sahilə yaxın yollarda su gölməçələri yaranıb.


Etiketlər:  İskenderun sahillərini basan dəniz suyu çəkildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ