Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2023 23:36
Tibb tarixində nəhayət ki, 40 ildən sonra yeni molekul və yeni nəsil antibiotik kəşf edildi.
"Medicina" xəbər verir ki, GSK şirkətinin hazırladığı Hepotidasin sidik yolları infeksiyalarının müalicəsi üçün istifadə olunacaq.
Belə ki, hazırkı antibiotiklərə cavab verməyən infeksiyalar zamanı həkimlər çarəsiz qalmışdı.
10 ildir üzərində iş gedən yeni antibiotik qonoreya üçün də uyğundur.
Preparatın qeydiyyatı ABŞ-da bu ilin yazında olacaq.
Bir çox yaşlı insanlarda sidik yolu infeksiyaları əqli zəiflik, deliriya, sepsis riski yaradır.