Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi: Azərbaycanın mədəniyyətlərarası dialoqun möhkəmlənməsində rolu misilsizdir

BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi: Azərbaycanın mədəniyyətlərarası dialoqun möhkəmlənməsində rolu misilsizdir

Tarix: 3 May 2019 11:45

Bakı. Trend:

Azərbaycanın mədəniyyətlərarası dialoqun möhkəmlənməsində rolu misilsizdir.

Trend-in məlumatına görə, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anhel V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda deyib.

M.Anxel bildirib: "Biz Sivilizasiyalar Alyansının bütün üzvlərini mədəniyyətlərarası dialoqun möhkəmlənməsində maksimum səy göstərməyə çağırırıq. Bu mənada Azərbaycanın rolu misilsizdir".

Ali nümayəndə qeyd edib ki, Sivilizasiyalar Alyansı Bakı Prosesi çərçivəsində daha geniş kontekstdə gənclərin və qadınların problemləri, həmçinin sosial-iqtisadi məsələlər ilə məşğul ola bilər.

M.Anhel əlavə edib ki, Sivilizasiyalar Alyansı tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinin yayılması ilə məşğul olur: "Münaqişələr və böhranlar dünyanın hər yerində var və Bakı Prosesi çərçivəsində biz mədəni vasitəçi rolunda çıxış etməyə çağırırıq".

Ali nümayəndə, həmçinin bu məsələdə Bakı Prosesinin effektivliyini qeyd edib.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

İki gün davam edəcək Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sivilizasiyalar Alyansı üzrə nümayəndəsi Azərbaycanın mədəniyyətlərarası dialoqun möhkəmlənməsində rolu misilsizdir


RƏYLƏR