Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda torpaqlar şiddətli şoranlaşmaya məruz qalıb - VİDEO

Azərbaycanda torpaqlar şiddətli şoranlaşmaya məruz qalıb - VİDEO

Tarix: 10 Fevral 2023 17:42

Ucar və Yevlax rayonlarının ərazilərində hektarlarla torpaq sahələri duz qatının altında qalıb. Güclü şoranlaşma hətta yabanı bitkiləri belə məhv edir.

Eyni zamanda torpaqdan istifadə etmək də mümkün deyil.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Ucar sakinləri deyirlər ki, rayon ərazisində tam və qismən şorlaşan ərazilərin sayı kifayət qədərdir.

Belə torpaqlar hələ əvvəllər də mövcud olub, ancaq bir qismi sonradan suyun azalması səbəbindən meydana gəlib. Təsərrüfatçıların sözlərinə görə, qabaqlayıcı tədbirlər görülmədiyindən duz qatı torpaq örtüyünü üstələyib. Ona görə də həmin əraziləri əkin və ya otlaq sahəsi kimi istifadə edə bilmirlər.

Yevlaxın Yuxarı Salamabad və Quşçu kəndlərinin sakinləri də şoranlaşma prossesində olan torpaqları əkib-becərə bilmirlər. Çıxış yolu kimi maldarlığa üstünlük verilsə də, getdikcə otlaq sahələri də yararsız hala düşür.

Bəs belə torpaqları təmizləyib, istifadəyə yararlı hala salmaq mümkündürmü?

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sektor müdiri Riyad Axundzadə suallarımıza cavab olaraq bildirdi ki, hazırda ölkədə 1,88 milyon hektar əkinə yararlı torpaq sahəsi var.  Bunun isə 612 min hektarına xidmət edən 30 min kilometr uzunluğunda kollektor-drenaj şəbəkəsi mövcuddur.

Riyad Axundov qeyd edib ki, ölkə ərazisində 40 min hektar şiddətli şorlaşmış torpaq sahələri var. Həmin ərazilər "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin balansında deyil. Qurum rəsmisi vətəndaşların da məsələnin həllinə aktiv yanaşmalarını tövsiyə edib.

Sektor müdiri əlavə edib ki, son dövrlərdə aparılan tədbirlərlə əkinəyararlı topraq sahələri genişləndirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Azərbaycanda torpaqlar şiddətli şoranlaşmaya məruz qalıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ