Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezidentin tapşırığına uyğun olaraq, FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola salınıb

Prezidentin tapşırığına uyğun olaraq, FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola salınıb

Tarix: 11 Fevral 2023 13:48

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımların qardaş ölkəyə yola salınıb.

Milli.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında FHN-in Mülki Müdafiə Qoşunlarının Mühəndis Xidmət rəisinin müavini polkonik-leytenant Yasin Musayev məlumat verib.

Onun sözlərinə görə, 9 yük avtomobil karvanı Türkiyənin zəlzələ bölgəsinə yola düşüb: "Nazirliyə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınan humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 1015 çadır, 240 soba daxildir".

FHN rəsmisi bildirib ki, 9 yük avtomobilini bir müşahidə nəqliyyat vasitəsi müşaiyət edir: "Artıq bu quru yolla qardaş ölkəyə göndərilən üçüncü humanitar yarım karvanıdır".

Milli.Az


Etiketlər:  Prezidentin tapşırığına uyğun olaraq FHN in növbəti humanitar yardımı Türkiyəyə yola salınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ