Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2023 15:32
Türkiyədə zəlzələdən böyük zərər çəkən Hatay vilayətinin Altınözü rayonunda böyük çökmələr baş verib.
Sonxeber.net xəbər verir ki, dərin çatların yarandığı Tepehan kəndinin torpaq quruluşu dəyişib. Zəlzələdən əvvəl zeytunluq olan torpaq indi kanyon kimi görünür.
"TRT Haber"in yaydığı videoda ərazidəki yüksəklik fərqi zəlzələnin şiddətini ortaya qoyur.
Qeyd edək ki, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 20665 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 91511 nəfər yaralanıb.