Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Öz dərdim yadımdan çıxdı, Türkiyədəki fəlakət məni çox üzdü” - VİDEO

“Öz dərdim yadımdan çıxdı, Türkiyədəki fəlakət məni çox üzdü” - VİDEO

Tarix: 13 Fevral 2023 18:35

Əməkdar artist Ağalar Bayramov evində yıxılaraq, ayağından və başından aldığı ağır zədədən sonra Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, sənətçinin səhhəti ilə bağlı "Səhər mərkəzi" verilişinin canlı efirində videozəng vasitəsi ilə Əməkdar artislə əlaqə yaradılıb. 
Hazırda Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olan A.Bayramov sağlamlıq vəziyyətinin yaxşı olduğunu dilə gətirib:

Fevralın üçündən bu günə kimi, yatdığım xəstəxananın həkimləri əlindən gələn köməkliyi edir. Özümün səhlənkarlığı ucbatından evdə yıxıldım, başım divara dəydi. İndi xəstəxananın bütün həkim personalı qulluğumdadır.

Sistem altındayam, müalicələrim davam edir. İnşallah yaxşı olaram. İnanın, yüz Ağalar Bayramov qurban olsun, Türkiyənin dərdinə. Məni Türkiyədə baş verən zəlzələ üzür. Öz dərdim yadımdan çıxdı, qardaş Türkiyədəki fəlakət məni çox üzdü. Həkim isə mənə deyir ki, sənə həyacanlanmaq, üzülmək olmaz. Amma bu dərdə ürək dözmür".


Etiketlər:  dərdim yadımdan çıxdı Türkiyədəki fəlakət məni çox üzdü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ