Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2023 06:48
Dövlət Sərhəd Xidmətinin Akademiyasının kursantı yol qəzasında həlak olub.
Bu barədə Xidmətin mətbuat mərkəzi məlumat yayıb.
Bildirilib ki, fevral ayının 13-də saat 19:30 radələrində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 3-cü kurs kursantı Mahmudov Laçın Tərlan oğlu məzuniyyətdə olarkən Qəbələ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.
Dünən saat 19:20 radələrində Ramiz Qəribov idarə etdiyi "QAZ-3102" markalı avtomobillə Qəbələ rayonunun Uludaş kəndində hərəkətdə olarkən piyada, 2003 - cü il təvəllüdlü Laçın Mahmudovu vurub.
Bu haqda DİN məlumat yayıb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.